|
İşgəncələrə Qarşı
Azərbaycan Komitəsinin Qadınlarla İş üzrə Bölməsi yaradıldı
İşgəncələrə Qarşı
Azərbaycan Komitəsinin İdarə heyətinin qərarı ilə
Qadınlarla İş üzrə Bölməsi yardılıb və Sevil Allahverdiyeva bölmənin rəhbəri təyin edilib.
Bölmənin yaranmasına səbəb İQAK-nə olan çoxsaylı müraciətlər
arasında qadın şikyatəçilərin olması, bəzi hallarda onlara qarşı
olan qeyri-insanı rəftar haqqında məlumatların verilməsində olan
çətinliklərdir. Belə ki, təzyiqə, işgəncəyə və zorlamaya məruz qalan
qadınlar digər cinsin nümayəndəsinə, ona qarşı olan qeyri-insanı
rəftar haqqında məlumat verməsindən utanır və beləliklə bəzi faktlar
açılmadan qalır.
Bölmənin əsas məqsədi
qadın hüquqlarının müdafiəsi, onların təzyiqlərə və işgəncələrə
məruz qalan qadınlara mənəvi, pisxoloji və hüquqi yardım
göstərməkdir.
İşgəncələrə Qarşı
Azərbaycan Komitəsinin vebsaytında (www.acat-az.org)
Qadınlarla İş üzrə Bölməsinin kontaktları və fəaliyyəti əks olunub.
İşgəncələrə
Qarşı Azərbaycan Komitəsinin İnformasiya Şöbəsi
|