Azeri
  English
 
    
 
 
                                                                         
 

 

 
 



Bakı şəhəri Maştağa qəsəbəsi sakini Xalilova Validə Məmməd qızı övladı Xəlilov Xəlil Sərdar oğlu hərbi xidmətdə oludğu müddətdə öldürülməsi ilə bağlı Komitəyə müraicət edib... ardı

Səlyan rayon sakını Ağayev İlyas Balakişi oğlu övladı Ağayev Yahaya İlyas oğlunun hərbi xidmət olduğu müddətdə işgəncə ilə qətlə yetirlməsi ilə bağlı Komityə müraciət etmişdir. Kömitə baş verən hadiəsə ilə Ağır Cinayətlərə Dair İşlər üzrə... ardı

Sumqayıt şəhər sakini, hərbi xidmət zamanı aldığı işgəncədən sol qolunu itirmiş Əliyev Rafiq Seymur oğluna hüquqiyardım göstərmişdir. Mülki idda qaydasına uyğun olaraq... ardı


 

 
Locations of visitors to this page

 

 

 

 

Media İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin

fəaliyyəti haqqında

 

 

 

Elçin Behbudov Elmar Hüseynovun qətli ilə bağli məlumatlari MTN-ə təqdim edib

RATİ

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Çingiz Mirzəyevdən mərhum jurnalist Elmar Hüseynovun qətli ilə bağlı üç gün bundan əvvəl aldığı məlumatları Milli Təhlükəsizlik Nazirliyinə açıqlayıb. Bu barədə məlumatı RATİ-yə mayın 2-də MTN-də olan Behbudovun özü verib:

”Mən dünən MTN-də oldum. Çingiz Mirzəyevin mənə verdiyi məlumatları, söylədiyi adı onlara dedim. Bu deyilənlərin nə dərəcədə doğru olduğunu özüm də bilmirəm. Amma fikirləşirəm ki, bunları istintaq orqanına söyləmək mənim borcum idi”, - deyə o qeyd etdi.


http://www.irfs.az/content/view/731/28/lang,az/

 

Hacı evtanaziya üçün müraciət etməyib
Onun MTN-də saxlanmasının Elmar Hüseynovun qətli üzrə aparılan istintaqla da heç bir əlaqəsi yoxdur

Ekspress

Dünən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov DİН-in Baş cinayət Axtarış İdarəsinin Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovla görüşüb. Bu barədə APA-ya məlumat verən E.Behbudov bildirib ki, H.Məmmədov mətbuatda onun evtanaziya (könüllü ölüm) üçün müraciət etdiyi barədə yayılan məlumatların yalan olduğunu deyib.
Hüquq müdafiəçisi qeyd edib ki, H.Məmmədovun indiyədək MTN-də saxlanmasının heç bir xüsusi səbəbi yoxdur: "Qərar gələndən sonra Hacı Məmmədovu da MTN-dən başqa təcridxanaya aparacaqlar. Onun MTN-də saxlanmasının Elmar Hüseynovun qətli üzrə aparılan istintaqla da heç bir əlaqəsi yoxdur".
Qeyd edək ki, bir müddət əvvəl H.Məmmədovun rəhbərlik etdiyi dəstənin üzvlərinin əksəriyyəti MTN-in istintaq təcridxanasından 1 və 3 saylı istintaq təcridxanalarına köçürülüb. MTN-də yalnız H.Məmmədov və 3 nəfər saxlanılıb. Mətbuatda H.Məmmədovun MTN-də saxlanmasının E.Hüseynovun qətli ilə bağlı aparılan istintaqla əlaqəsinin olması barədə məlumat yayılıb.
Bundan başqa, yayılan digər məlumata görə, H.Məmmədov guya özünün zəhərli iynə ilə öldürülməsi üçün rəsmi müraciət edib.
 

http://www.express.com.az/second.asp?id=80511

 

Elçin Behbudov 7 saylı cəzaçəkmə müəssisəsinə gedəcək

 Hüquq müdafiəçisi məhbusların şikayətlərini araşdıracaq

Olaylar İA

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov aprelin 11-də Ədliyyə Nazirliyinni 7 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinə gedəcək. Bu barədə məlumatı "OLAYLAR"a Elçin Behbudov veğib. Onun sözlərinə görə, müəssisəyə baş çəkməsinə səbəb oğada cəza çəkən bir neçə məhbusun komitəyə müğaciət etməsi olub: "Oradakı məhbuslağdan bizim komitəyə müğaciət daxil olub. Bu müraciətləri araşdırmaq üçün cəzaçəkmə müəssisəsinə gedəcəm. Bununla yanaşı həmçinin cəzaçəkmə müəssisəsindəki ümumi vəziyyətlə tanış olacağam". Qeyd edək ki, cəzaçəkmə müəssisəsinə bu yaxınlarda yeni ğəis təyin olunub. ("OLAYLAR"İA)

http://olaylar.az/index.php?newsid=1207664203

 

"Bayıl"dan 10 məhbus Elçin Behbudova müraciət edib 

 Dustaqlar komitə sədri ilə görüşmək istəyiblər.

Olaylar İA

Bayıl qəsəbəsindəki 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 10-na yaxın məhbus İşgəncələr Əleyhinə Komitəyə müraciət edib. Bu barədə məlumatı "OLAYLAR"a komitə sədri Elçin Behbudov verib. Onun sözlərinə görə, məhbuslar komitə sədri ilə görüşmək istədiklərini bildiriblər. Məhbuslar təcridxanadakı bəzi vəziyyətdən narahatdırlar. Elçin Behbudov qeyd edib ki, yaxın günlərdə o və komitənin digər əməkdaşları 1 saylı Bayıl təcridxanasına gedəcək və həmin məhbuslarla görüşüb, problemlərini dinləyəcək.

 

Aclıq edən məhbuslarla görüşmək üçün  Elçin Behbudov Qobustan təcridxanasına gedəcək.

Olaylar İA

Yaxın günlərdə İşgəncələr Əleyhinə Komitə Qobustan qəsəbəsindəki qapalı təcridxanada aclıq aksiyası keçirən ömürlük məhbuslarla bağlı araşdırmalara başlayacaq. Bu barədə məlumatı "OLAYLAR"a komitə sədri Elçin Behbudov verib. Onun sözlərinə görə, artıq məhbusların səhhəti və saxlanma şəraiti diqqətdə saxlanılır:" Demək olar ki, hər gün onların vəziyyəti barədə məlumat alıram. Təcridxana rəhbərliyi ilə danışıram və müəssisədəki son vəziyyətlə maraqlanıram. Yaxın günlərdə komitə üzvləri ilə birlikdə həmin təcridxanaya yollanacağam". Elçin Behbudov bildirib ki,   Qobustan təcridxanasına səfərin əsas məqsədi aksiya keçirən məhbuslara işgəncələrin verilib-verilməməsi və onların saxlanma şəraiti ilə maraqlanmaqdır.

 

Elçin Behbudov və ATƏT nümayəndələri həbsdə olan jurnalistlərlə görüşüb

 Qənimət Zahid və Mirzə Sakitlə təkbətək görüş keçirilib

Olaylar İA

Aprelin 8-də İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov, ATƏT nümayəndələri Mikloş Haraşti və Andreas Buşla birlikdə 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan "Azadlıq" qəzetinin əməkdaşı, satirik jurnalist Mirzə Sakit (Sakit Zahidov) və 1 saylı Bayıl İstintaq Təcridxanasında qəzetin baş redaktoru Qənimət Zahidlə görüşüblər. Bu barədə məlumatı "OLAYLAR"a Elçin Behbudov verib. Onun sözlərinə görə, hər iki cəzaçəkmə müəssisəsinin rəhbərliyi görüşə lazımi şərait yaradıb və jurnalistlərin hər biri ilə bir saatdan artıq təkbətək görüş keçirib. Görüşdə aparılan danışıqlarla bağlı açıqlama vermək istəməyən Elçin Behbudov ümumilikdə görüşlərin normal keçdiyini deyib. Mirzə Sakit və Qənimət Zahid görüşdən razı qalıb.


 

 

XƏBƏRLƏR

New York Times,
March 21, 2008

Muhammad Rahim was in C.I.A. detention for at least six months as part of a program in which C.I.A. officers have been authorized to use harsh interrogation techniques.

The Times,
March 19, 2008

Dalai Lama threatens to stand down over violence as China calls him a liar. He responded to charges from China that he orchestrated deadly riots in Lhasa to sabotage the Olympics with a pledge to resign as temporal leader of Tibet’s Buddhist people if the violence — on both sides — did not stop.

New York Times,
March 9, 2008

How do you get a terrorist to talk? Despite the questioning of tens of thousands of captives in Iraq and Afghanistan in the last six years, and a high-decibel political battle over torture, experts say there has been little serious research to answer that crucial question.

Deutsche Welle,
March 8, 2008

The Swedish military has accused French soldiers of torturing civilians during the EU-led Operation Artemis in the Democratic Republic of Congo in 2003, one of the bloc's first joint missions. Five years ago, the European Union sent some 1,500 soldiers to DR Congo as part of a UN mission to take action against the bandits marauding the north-eastern part of the country. The troops were there to protect the civilians.

TƏRƏFDAŞLAR

-----------------------

 -----------------------

-----------------------

-----------------------

-----------------------

 

-----------------------

 -----------------------

-----------------------

-----------------------

-----------------------

-----------------------

Ana səhifə  |  Komitə Haqqında  | Layihələr  | HesabatlarMətbuat üçün  |  Media haqqımızda  |  Qanunvericilik  |  Əlaqə

Copyright © İşgəncələrə Qarşı Azərbaycan Komitəsi. 2008
CMedia Design Group tərəfindən dizayn olunub