Azeri
  English
 
    
 
 
                                                                         
 

 

 
 



Bakı şəhəri Maştağa qəsəbəsi sakini Xalilova Validə Məmməd qızı övladı Xəlilov Xəlil Sərdar oğlu hərbi xidmətdə oludğu müddətdə öldürülməsi ilə bağlı Komitəyə müraicət edib... ardı

Səlyan rayon sakını Ağayev İlyas Balakişi oğlu övladı Ağayev Yahaya İlyas oğlunun hərbi xidmət olduğu müddətdə işgəncə ilə qətlə yetirlməsi ilə bağlı Komityə müraciət etmişdir. Kömitə baş verən hadiəsə ilə Ağır Cinayətlərə Dair İşlər üzrə... ardı

Sumqayıt şəhər sakini, hərbi xidmət zamanı aldığı işgəncədən sol qolunu itirmiş Əliyev Rafiq Seymur oğluna hüquqiyardım göstərmişdir. Mülki idda qaydasına uyğun olaraq... ardı


 

 
Locations of visitors to this page

 

 

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi (İQAK) 2002-ci ildə tanınmış alimlər və hüquqşunaslar tərəfindən təsis olunub. Təşkilat 30.06.2005-ci il tarxidə AR Ədliyyə Nazirliyindən Qeydiyyatdan keçib. Təşkilat məqsədi insan hüquqlarının müdafiəsini təşkil etmək, işgəncə qurbanlarını aşakar etmək, onları müəyyənləşdirdikən sonra onlara hüqui yardım gostərək, işgəncə vermiş güç strukturlarının əməkdalarını ifşa etmək, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin və Müdafiə Nazirliyinin tabeçiliyində olan müəssələrini və orada saxlanılan şəxslərin vəziyyətini monitorinq etməkdir. Komitənin sədri Еlçin Bеhbudov 14-17 fеvral 2005-ci il tarixlərdə Bеynəlxalq Həbsxana Rеforma təşkilatının Gürcüstan Rеspublikasının Bakuriani şəhərindəki 3 günlük və ATƏT-in xətti ilə Avstriyanın Vyana şəhərindəki ATƏT-in mərkəzi ofisində "Insan haqları və işgəncə" mövzusunda 14-17 iyul 2005 tarixlərində kеçirilən bеynəlxalq konfranslarda iştirak və çıxış еdib.

E. Behbudov güc strukturlarında müvəqqəti saxlanma yerləri üzrə ATƏT-in ekspertidir. Həmçinin ATƏT İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin daimi tərəfdaşıdır.

Demokratik Təsisatlar və İnsan Haqıarı İctimai Birliyi İQAK-in daimi tərəfdaşıdır.

IQAK-in 2008-ci il üçün son hesabatlarını əldə etmək istəyisrinizə bu emaille yazin: elchinbehbudov@gmail.com
 

XƏBƏRLƏR:

29 iyun 2010
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi və onun daimi tərəfdaşı Demokratik Təsisatlar və İnsan Hüquqları ictimai birliyi 29 iyun 2010-cu il tarixində saat 12:00 –da Cəfər Cabbarlı küçəsi 30 ünvanında “Azərbaycan İnsan Hüquqları Evi”nin ofisində “Təqsirləndirlən şəxslərin və məhkumların saxlanma yerlərinin monitorinqinin nəticələrinə dair” adlı ictimai müzakirə keçirib. Azərbaycan Respublkasının güc strukturlarının əməkdaşlarının iştirak etdiyi ictimai müzakirələr zamanı təqsirləndirilən şəxslərin və məhkumların saxlanma yerlərinin hal hazırdakı vəziyyəti təhlil edilmiş və təkliflər səsləndirlib.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu ilin 6 ayında keçirdiyi monitorinqlərin nəticələri ilə bağlı mətbuata da açıqlama verib. APA-nın məlumatına görə, E. Behbudov bildirib ki, hesabat dövründə Daxili İşlər Nazirliyi (DİN), Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyində olan müvəqqəti saxlama məntəqələrində, təcridxana və cəzaçəkmə müəssisələrində monitorinqlər keçirib. Onun sözlərinə görə, həm MTN, həm də DİN-in müvəqqəti saxlama məntəqələrində monitorinqlər əvvəlcədən bu qurumlara xəbərdarlıq edilmədən aparılıb: “Əvvəlki illərlə müqayisədə polis orqanlarındakı saxlanma məntəqələrində vəziyyət qənaətbəxş haldadır. Bəzi polis şöbələrinin saxlama məntəqələri isə yenisi ilə əvəz olunub. Məsələn, Kürdəmir, Quba polis şöbələrində yeni saxlanma məntəqələri tikilib. Onu da qeyd etmək lazımdır ki, saxlama məntəqələrinin içərisində yeganə MTN-in təcridxanasıdır ki, burada ümumiyyətlə, rüşvət halı yoxdur”. ardı

 

Elçin Behbudov Birləşmiş Millətlər Təşkilatının tədbirində baş verən maraqlı məqamları qəzetimizə danışıb

Komitə sədri: «Azərbaycan hökumətini təmsil edən məmurlar suallardan yayınmağa çalışırdılar»

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə Qarşı Komitəsinin 43-cü sessiyasında hesabat verib. Xatırladaq ki, tədbidə hökumət və QHT nümayəndələri işgəncə faktları ilə bağlı hesabat veriblər. Azərbaycandan gedən vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən biri də İşgəncələrə qarşı Azərbaycan komitəsinin rəhbəri Elçin Behbudov olub. Onunla bu barədə söhbətləşmişik.

- Elçin bəy, Cenevrədə BMT-nin işgəncələrə qarşı komitəsinin toplantısı necə keçdi? Təəssuratlarınız nədən ibarətdir?
- Hesabat işgəncə mövzusunda olduğuna görə müzkirələr də bu səpkidə aparıldı. Dövlət qurumlarından gedən qrupa xarici işlər nazirinin müavini Xələf Xələfov, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov, daxili işlər nazirinin müavini Oruc Zalov, milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev, baş prokurorun birinci müavini Rüstəm Usubov və  başqa qurumlardan da nümayəndələr iştirak edirdi. İlk öncə Azərbaycan dövlətinin BMT-yə təqdim etdiyi hesabat dinlənildi. Bundan başqa BMT-nin işgəncələrə dair komitəsinin QHT-nümayəndələri ilə konfidensial görüşü oldu. Daha sonra hesabat çərçivəsində başqa görüşlərimizdə keçirildi. Ümumilikdə orda dövləti təmsil edən nümayəndələr suallara cavab verdilər.
ardı

 

İQAK “Bələdiyyə seçikləri zamanı siyasi hüquqların vəziyyətinin  monitorinqi" adlı layihə icra edib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Norveç Krallığının Azərbaycandakı səfirliyinin və Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə seçikləri zamanı siyasi hüquqların vəziyyətinin  monitorinqi: seçkilər zamanı güç strukturlarının tərəfindən işgəncələrə, qeyri-insani rəftara məruz qalmış şəxsləri müyyənləşdirilməsi hüquqi və psixoloji yardım göstərilməsi” layihəsi həyata keçirmişdir. Layihənin məqsədi seçki prosesiləri zamanı insan hüquqlarının monitorinq edilməsi, fiziki, mənəvi və psixoloji təzyiqlərə məruz qalmış şəxslərinin müyyənləşdirlməsi və onlara hüquqi və psixoloji yardım göstərməkdən ibarət olmuşdur. Layihə çərçivəsində İQAK rəhbərliyi  Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalarının seçki qərargahları ilə görüşlər keçirmiş, rayonlarda (Şamaxı, Şirvan, İsmayyılı, Goyçay ) rayonlarında siyasi partiya fəalları və ictimaiyyət nümayəndəliyi ilə ictimai müzakiərlər aparmışdır.  Bu layihədə təşkilatın 13 regional bölməsinin əməkdaşları könüllü fəaliyyət göstərmiş və təşkilata öz töhfəsini vermişdir.


Elçin Behbudov işgəncə və saxlanma yerləri üzrə İkinci Şərqi Avropa Konfransından qayıdıb

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin (İQAK) sədri Elçin Behbudov və Demokratik Təsisatlar və İnsan Haqları təşkilatının rəhbəri Elçin Abdullayev oktyabrın 25-dən 28-dək beynəlxalq ekspertlərin İkinci Şərqi Avropa Konfransında iştirak ediblər. Bu barədə Sosium.info xəbər agentliyinə İQAK sədri məlumat verib.

“Dünyanın müxtəlif ölkələrindən 60 ekspertin iştirak etdiyi, Ukraynanın Lvov şəhərində keçirilən İkinci Şərqi Avropa Konfransı ATƏT-in və Açıq Cəmiyyət İnstitunun birgə təşkilatçılığı ilə baş tutmuşdu. Konfransın əsas istiqaməti saxlanma yerlərində monitorinqlər və işgəncə faktları ilə bağlı idi” – Behbudov bildirib.

İQAK sədrinin sözlərinə görə, konfransda işgəncələrlə bağlı milli müdafiə mexanizminin (NPM) tətbiq olunması məsələsi müzakirə edilib. Behbudov qeyd edib ki, Ukraynada bu mexanizm tətbiq edilib, Azərbaycanda isə işgəncələrlə bağlı fakültətiv protokol qəbul olunsa da, hələ ki milli mexanizmlə bağlı geniş əməkdaşlıqla bağlı model yoxdur.

“Toplantıda, Ukraynanın ədliyyə nazirinin müavini Valeria Lutkovska və Ukrayna daxili işlər nazirinin baş məsləhətçisi Kateryna Levçenko ilə görüşlərimiz oldu. Ədliyyə nazirinin müavini ilə Azərbaycandakı vəziyyət barədə müzakirələr apardıq”.
ardı
 

 

 Azərbaycanda işgəncə faktları:

 

İQAK İctimai görüşlərdə

 

 

 

 

 

  

Xəbərlər

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi fəaliyyətini gücləndirmək məqsədi ilə beynəlxalq təkilatlarla əməkdaşlığı artırır və bu istiqamətdə görüşlər keçirib. İQAK-in təşkilatının rəhbələri Amerika Birləşmiş Ştatlarının tanınmış NED təşkilatının Qafqaz Orta Asiya üzrə proqram direktoru xanım Miriam  Lanskoy  görüşlər keçirilib və əmkdaşlıq perspektivləri müzakirə edilib.  

 

Xəbərlər

İQAK-nin rəbərləri  Birləşmiş Millətlər Təşkilatının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi cənab Vladlen Stefanovla görüş keçirib. Azərbaycanda insan hüquq və azadlıqlarının, işgəncə faktları və işgəncə qurbanları haqqında müzakirələr aparılıb.  

 

 

Xəbərlər

İQAK-inin rəhbərliyi  Açıq Cəmiyyət İnstitutunun Budpeşt ofisinin  İnsan Hüquqları və İdarəetmə Proqramın direktor müavini xanim Susan Treadvell (Susan Treadwell ) və həmin proqramın kooridnatoru xanim Magda Adamoviçlə işguzar görüş keçiriblər. Görüş zamanı Azərbaycanın Cəzaşəkmə Müəssisələrində vəziyyət müzakirə olunub.    

 

 

Xəbərlər

İQAK-nin dəvəti ilə Bolqristan Helsinki Komitəsinin sədri, tanınmış ekspert (sosioloq) Krassmir Kinev Azərbaycana gəlmişdir. Tanınmış ekspert Komitə üzvlərinə cəzaçəkmə müəssisələrdə monitorinqin aparılmasına dair təlim keçmişdir. Sonra qonaq Komitə rəhbəri Elçin Behbudovun müşayyəti ilə AR Ədliyyə Nazirliyinin Nazirliyini Pentiensiar İdarəsinin ciddi rejimli Cəzaşəkmə müəssəsində montiroinq keçirib və məhbuqlarla fərdi söhbətlər aparıb.

 

 

Xəbərlər

“İlin hüquq müdafiəçisi” - Elçin Behbudov oldu

Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən keçirilən “İlin hüquq mükafatları”nın nəticələri müəyyənləşib. Bu barədə məlumatı AZADİNFORM-a Avrasiya Hüquqşünaslar Assosiasiyasından veriblər. Belə ki, “İlin hüquqşünası” nominasiyasına Baş Prokuror Zakir Qaralov, “İlin hüquq-mühafizə orqanı” - Azərbyacn Respublikasının Baş Prokurorluğu, “İlin ali təhsil müəssisəsi” - Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, “İlin hüquq mətbu nəşri” - İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Bülleteni, “İlin vəkili” - Aslan İsmayılov, “İlin hüquq müdafiəçisi” - Elçin Behbudov, “İlin beynəlxalq təşkilatı” - Conunterpart İnternational təşkilatı layiq görülüb. Xatırladaq ki, Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən keçirilən “İlin hüquq mükafatları” nominasiyasının təqdim olunması artıq 4-cü ildir qeyd olunur.) www.sherg.az/2009/01/24/get=14126 - 43k

Yeni layihələr:

1) 2008-ci ildə İşgəncələrə Qarşı Azərbaycan Komitəsi ATƏT-in Bakı ofisinin dəstəyi ilə “Polis və Saxlanma Yerlərinin Monitorinqi” layihəsini həyata keçirmişdir. Layihə çərçivəsində Ədliyyə Nazirliyinin tabеliyndə olan İstintaq Təcridxanlarında və Cəza Çəkmə Müəssisələrində, Polis İdarələrinin Müvəqqəti Saxlama Təcridxanalarında , Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanalarında (İTX), Müdafiə Nazirliyinin Haupvaxtlarinda, Səhiyyə Nazirliyinin Qapali Tipli Xüsusi Məcburi Müalicə Şöbəsində monitorinqlər keçirlmiş, saxlanılan və məhkum olunmuş şəxslərin saxlanma şəraitinin beynəlxalq standartalara uyğunluğu nəzərdən keçirlmişdir.

2) 2008-ci il BMT-in İşgəncə Qurbanlarına Könüllü Yardım Fondunun dəstəti ilə “Azərbaycanda işgəncə faktlarının araşdırlması və işgəncə qurbanlarına və onların ailə üzvlərinə birbaşa hüquqi yardım götərilməsi” layihəsini həyata keçirmişdir. Təşkilat bu layə çərçivəsində Ədliyyə Nazirliyinin tabеliyndə olan İstintaq Təcridxanlarında və Cəza Çəkmə Müəssisələrində, Polis İdarələrinin Müvəqqəti Saxlama Təcridxanalarında , Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanalarında (İTX), Müdafiə Nazirliyinin Haupvaxtlarinda, Səhiyyə Nazirliyinin Qapali Tipli Xüsusi Məcburi Müalicə Şöbəsində monitorinqlər keçirdiyi zaman işgəncə faktları aşkarlamış və işgəncə qurbanları ilə görüşümüşdür. Onlara hüquqları izah olunmuş, psixoloji yardımlar göstərilmişdir. Digər tərəfdən İQAK işgəncə faktlarının araşdırlması və günahkar şəxslərin cəzalandırlması bağlı aidiyyatı dövlət orqanların müraciət etmişdir. Bu layihə çərçivəsində 84 işgəncə faktı aşkarlanmışdır. Bu İşgəncə faktı 3 ölmələ nəticələnişdir.

3) İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınən dəstəyi ilə “Azərbaycanda polis vətəndaş münasibətlərinin tədqiqi və birgə əməkdalığın inkişaf etdirlməsinə dair ictimai müzakirələrin təşkili” layihəsimi həyata keçirmişdir. Layihə çərvəsində təşkilat Azərbaycanın regionlarında polis-vətəndaş münasibətlərinə dair yerli əhali və polis əməkdaşları arasında sorgğu keçirlmişdir. Sonra sorğunun nəticələri polis və ictimaiyyət nümayəndələri arasında müzakirə olunmuşdur.

 

 

İQAK Mediada:
 

Elçin Behbudov Elmar Hüseynovun qətli ilə bağli məlumatlari MTN-ə təqdim edib

RATİ

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Çingiz Mirzəyevdən mərhum jurnalist Elmar Hüseynovun qətli ilə bağlı üç gün bundan əvvəl aldığı məlumatları Milli Təhlükəsizlik Nazirliyinə açıqlayıb. Bu barədə məlumatı RATİ-yə mayın 2-də MTN-də olan Behbudovun özü verib:

”Mən dünən MTN-də oldum. Çingiz Mirzəyevin mənə verdiyi məlumatları, söylədiyi adı onlara dedim. Bu deyilənlərin nə dərəcədə doğru olduğunu özüm də bilmirəm. Amma fikirləşirəm ki, bunları istintaq orqanına söyləmək mənim borcum idi”, - deyə o qeyd etdi.


http://www.irfs.az/content/view/731/28/lang,az/

 

==========================================

 

Hacı evtanaziya üçün müraciət etməyib
Onun MTN-də saxlanmasının Elmar Hüseynovun qətli üzrə aparılan istintaqla da heç bir əlaqəsi yoxdur

Ekspress

Dünən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov DİН-in Baş cinayət Axtarış İdarəsinin Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovla görüşüb. Bu barədə APA-ya məlumat verən E.Behbudov bildirib ki, H.Məmmədov mətbuatda onun evtanaziya (könüllü ölüm) üçün müraciət etdiyi barədə yayılan məlumatların yalan olduğunu deyib.
Hüquq müdafiəçisi qeyd edib ki, H.Məmmədovun indiyədək MTN-də saxlanmasının heç bir xüsusi səbəbi yoxdur: "Qərar gələndən sonra Hacı Məmmədovu da MTN-dən başqa təcridxanaya aparacaqlar. Onun MTN-də saxlanmasının Elmar Hüseynovun qətli üzrə aparılan istintaqla da heç bir əlaqəsi yoxdur".
Qeyd edək ki, bir müddət əvvəl H.Məmmədovun rəhbərlik etdiyi dəstənin üzvlərinin əksəriyyəti MTN-in istintaq təcridxanasından 1 və 3 saylı istintaq təcridxanalarına köçürülüb. MTN-də yalnız H.Məmmədov və 3 nəfər saxlanılıb. Mətbuatda H.Məmmədovun MTN-də saxlanmasının E.Hüseynovun qətli ilə bağlı aparılan istintaqla əlaqəsinin olması barədə məlumat yayılıb.
Bundan başqa, yayılan digər məlumata görə, H.Məmmədov guya özünün zəhərli iynə ilə öldürülməsi üçün rəsmi müraciət edib.
 

http://www.express.com.az/second.asp?id=80511

 

==========================================

 

Elçin Behbudov 7 saylı cəzaçəkmə müəssisəsinə gedəcək

 Hüquq müdafiəçisi məhbusların şikayətlərini araşdıracaq

Olaylar İA

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov aprelin 11-də Ədliyyə Nazirliyinni 7 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinə gedəcək. Bu barədə məlumatı "OLAYLAR"a Elçin Behbudov veğib. Onun sözlərinə görə, müəssisəyə baş çəkməsinə səbəb oğada cəza çəkən bir neçə məhbusun komitəyə müğaciət etməsi olub: "Oradakı məhbuslağdan bizim komitəyə müğaciət daxil olub. Bu müraciətləri araşdırmaq üçün cəzaçəkmə müəssisəsinə gedəcəm. Bununla yanaşı həmçinin cəzaçəkmə müəssisəsindəki ümumi vəziyyətlə tanış olacağam". Qeyd edək ki, cəzaçəkmə müəssisəsinə bu yaxınlarda yeni ğəis təyin olunub. ("OLAYLAR"İA)

http://olaylar.az/index.php?newsid=1207664203

 

 

XƏBƏRLƏR

APA,
31 İyul, 2010

Ombudsman Polis Şöbəsində vətəndaşlara işgəncə verilməsi şikayəti ilə bağlı araşdırma aparıb.                               Bakı-APA. “Ombudsmanın Aparatında keçirilən vətəndaşların qəbulu zamanı Soltanova Aminə Mehdiqulu qızı müraciət edərək oğlu Soltanov Zülfüqar Sabir oğlunun və onunla birlikdə Hüseynov Emil Oqtay oğlu, Hüseynov Etibar Oqtay oğlu və Hüseynov Seymur Yusif oğlunun Neftçala Polis Şöbəsində törətmədikləri əməli etiraf etmələrinə nail olunması məqsədi ilə işgəncələrə məruz qaldıqlarını qeyd edib. O, təqsirkar şəxslərin cəzalandırılmasını xahiş edərək, əks təqdirdə aclıq aksiyası keçirəcəyini bildirib”. Bu barədə Ombudsman Aparatından APA-ya daxil olan məlumatda bildirilir. Məlumata görə, Ombudsmanın yanında yaradılmış İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Milli Preventiv Mexanizm (MPM) Qrupunun üzvü F. Həsənov Müvəkkil Elmira Süleymanovanın tapşırığı ilə məsələ ilə əlaqədar araşdırma aparmaq üçün iyulun 30-da yuxarıda adı çəkilən təqsirləndirilən şəxslərin saxlanıldığı Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında olub. Müəyyən edilib ki, barəsində şikayət edilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4; 29, 177.3.1 ci maddələri ilə məsuliyyətə cəlb olunublar. Sözü gedən təqsirləndirilən şəxslərin hər biri qəbul edilərək müvafiq söhbət aparılıb. Bu zaman onlar Neftçala rayon Polis Şöbəsində döyüldüklərini və cinayət işi üzrə istintaqın aparılmasından şikayətçi olduqlarını qeyd etməklə yanaşı, hazırda vəziyyətlərinin yaxşı olduğunu, saxlanma şəraitindən narazılıqlarının olmadığını, həmçinin aclıq aksiyası keçirmədiklərini bildiriblər.                              

The Times,
March 19, 2008

Dalai Lama threatens to stand down over violence as China calls him a liar.                               He responded to charges from China that he orchestrated deadly riots in Lhasa to sabotage the Olympics with a                               pledge to resign as temporal leader of Tibet’s Buddhist people if the violence — on both sides — did not stop.

New York Times,
March 9, 2008

How do you get a terrorist to talk? Despite the questioning                               of tens of thousands of captives in Iraq and Afghanistan in the last six years, and a high-decibel political battle                               over torture, experts say there has been little serious research to answer that crucial question.

Deutsche Welle,
March 8, 2008

The Swedish military has accused French soldiers of torturing                               civilians during the EU-led Operation Artemis in the Democratic Republic of Congo in 2003, one of the bloc's first joint missions.                               Five years ago, the European Union sent some 1,500 soldiers to DR Congo as part of a UN mission to take action against the bandits                               marauding the north-eastern part of the country. The troops were there to protect the civilians.

TƏRƏFDAŞLAR

-----------------------

 -----------------------

-----------------------

-----------------------

-----------------------

-----------------------

 

-----------------------

-----------------------

 -----------------------

-----------------------

-----------------------

-----------------------

-----------------------

Ana səhifə  |  Komitə Haqqında  | Layihələr  | HesabatlarMətbuat üçün  |  Media haqqımızda  |  Qanunvericilik  |  Əlaqə

Copyright © İşgəncələrə Qarşı Azərbaycan Komitəsi. 2008
CMedia Design Group tərəfindən dizayn olunub